Qazaxıstanın Manqistau vilayətinin Xəzər dənizi sahillərində hava bombası tapıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

Məlumata görə, Tupkaraqan rayonunda tapılan bombaya görə əraziyə polis qrupları cəlb olunub: "Tapılan əşya korroziyaya uğramış P-50-75 təlim təyyarəsinin mərmisi olub. Hadisə yerinə Tupkaraqan rayonunun polis əməkdaşları, eləcə də 25744 saylı hərbi hissənin mina təmizləmə qrupu gəlib".

Hazırda hadisənin başvermə səbəblərinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Ağarza Elçinoğlu