"Keçmiş hökumətin hakimiyyəti dövründə Ermənistan hökuməti seçki islahatları, seçkilərin şəffaflığını və texniki adekvatlığını təmin etmək, onları daha demokratik, azad və ədalətli etmək üçün Avropa Birliyindən maliyyə və texniki yardım alırdı".
"Unikal" xəbər verir ki, bunu erməni deputat Armen Aşotyan deyib.
"Bu rejimin seçkiqabağı gündəmində faktiki siyasi rəqiblərlə mübarizə aparmaqla Aİ-yə müraciət etmək təkcə suverenlik baxımından rüsvayçılıq deyil, daxili işlərimizə açıq müdaxilə deyil, həm də Aİ tərəfindən avtokrata müstəsna dəstək aktıdır. Əgər keçmişdə Aİ Ermənistanda demokratiyanı maliyyələşdirirdisə, indi diktaturanı maliyyələşdirir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
