Türkiyə Trampın TRIPP vizyonunun vacib elementidir.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn açıqlayıb. 

Səfir bildirib ki, əgər dəmir yolunun Naxçıvandan keçən hissəsi Ermənistana Şirak, Qars vasitəsilə Türkiyəyə və oradan da hara getsə, bu, həqiqətən təsirli bir layihəyə çevriləcək, çünki Türkiyənin kifayət qədər inkişaf etmiş dəmir yolu şəbəkəsi var.

Səfir bildirib ki, ABŞ bu məsələ ilə bağlı birbaşa Türkiyə ilə işləyir və Ermənistan da bu vizyonun gerçəkləşməsi üçün bütün lazımi addımları həyata keçirmək üçün Türkiyə ilə birgə çalışır: "Həm şimalda, həm də cənubda Naxçıvandan, daha sonra Ermənistanda Gümrü və Türkiyənin Qars əyalətindən keçəcək təhlükəsiz, etibarlı bir yol yaratmaqla şərqi qərbə və əksini birləşdirəcək tranzit yolu açılacaq ki, bu da həmin yolun keçəcəyi demək olar ki, bütün ölkələrə fayda verəcək. Və deyərdim ki, Ermənistan bəlkə də digərlərindən daha çox faydalanacaq, çünki son 30 ildə Ermənistanın şərq və qərb sərhədləri bağlanıb".

Ağarza Elçinoğlu