Prezident İlham Əliyev S.S.Mikayılovun Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

"Unikal" xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Süleyman Mikayılov 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.