ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin blokadaya alındığını elan edib. 

"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabı olan "Truth Social"da məlumat verib.

"Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin tam və əhatəli şəkildə blokadaya alınmasını əmr edirəm", - Amerika lideri yazıb. 

O, həmçinin bildirib ki, Bolivar Respublikasının hazırkı hakimiyyətini ABŞ aktivlərinin "oğurlanması", "terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri" ilə məşğul olan xarici terror təşkilatı kimi təyin edib.

Eyni zamanda, Ağ Ev rəhbəri, Karakas "əvvəllər bizdən oğurladığı bütün neft, torpaq və digər aktivləri ABŞ-yə qaytarana qədər" ABŞ-nin Venesuela ətrafındakı hərbi fəaliyyətinin güclənəcəyinə əminlik verib.

Gülayə Mecid