Salyan şəhər sakini Rusiya-Ukrayna müharibəsində həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, 30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya - Ukrayna müharibəsində həyatını itirib.