Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon Duz Qırıxlı kəndindən keçən hissəsində baş verib.

Magistral yolla hərəkətdə olan TIR ilə "KamAz" markalı yük avtomobilləri toqquşub. Qəza zamanı 1975-ci il təvəllüdlü  M.İsmayılov və 1975-ci il təvəllüdlü İ.Mirəliyev xəsarət alıb. Hər iki  şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alan hər iki şəxs sürücüdür.

Xatırladaq ki,  zərbənin təsirindən yük avtomobillərinin biri idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə yerinə DYP  əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov