Cəlilabad rayonunda piyadanı avtomobil vurub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.
Belə ki, Babaxanlı kənd sakini, Zeynalov Ziyatay Uruf oğlu idarə etdiyi avtomobillə Bədirli kənd sakini, Əliyev Xudu Abdulla oğlunu vurub.
Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
