"Fənərbaxça"da heyətdən kənarlaşdırılan Cenk Tosun və Rodriqo Bekaonun yeni klubları bəlli olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya keçib. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun birdəfəlik , braziliyalı müdafiəçi Bekao isə mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"nın formasını geyinəcək.

Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu komanda daha əvvəl "sarı-lacivərdlilər"in digər ulduzu İrfan Can Kahvecini də icarəyə götürmüşdü.