Avstraliyalı məşhur yazıçı Kreyq Silvi uşaq pornoqrafiyasını saxlamaq və yaymaqda ittiham olunaraq saxlanılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı yazıçı yanvarın 12-də öz evində həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. İstintaq materiallarına görə, o, uşaq istismarı ilə bağlı cinayətlər törədən şəxslərlə onlayn ünsiyyətdə olmaqda şübhəli bilinir. Əməliyyat zamanı yazıçının bütün elektron cihazları müsadirə edilib.

Məhkəmə prosesində prokurorlar bildiriblər ki, 2026-cı ilin yanvar ayı ərzində davam edən yazışmalar zamanı Silvi uşaqlara qarşı cinsi marağını ifadə edib və bir neçə gün ərzində uşaq istismarı materiallarını yayıb.

Həmçinin qeyd olunub ki, yazıçı istintaqa maneçilik törədərək mobil telefonu, noutbuku və digər rəqəmsal cihazlarının giriş şifrələrini polisə təqdim etməkdən imtina edib.

Məhkəmənin qərarı ilə Kreyq Silvi girov müqabilində şərti azadlığa buraxılsa da, ona qarşı bir sıra ağır məhdudiyyətlər qoyulub:

Hadisə ilə bağlı dövlət səviyyəsində dərhal addımlar atılıb. Qərbi Avstraliya ştatının təhsil naziri Sabina Uinton müəllifin kitablarının bütün məktəb proqramlarından dərhal çıxarılması barədə göstəriş verib.