Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.
"Unikal" xəbər verir ki, Cəbrayıl rayonuna səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri Agentlik tərəfindən Cəbrayıl rayonunun Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.
İşçi qrupun üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.
Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib. Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, minatəmizləmə fəaliyyətinin səmərəli təşkili, aidiyyəti qurumlar arasında koordinasiyalı işin icrası və ərazilərin təhlükəsiz istifadəsinin təmin olunması məqsədilə birgə səylərin vacibliyini qeyd edib.
Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 930 hektar olmaqla, ümumilikdə 308 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 267 932 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizliyin təmin olunması məqsədilə keçmiş təmas xətti boyu mina və digər partlayıcı susatlarla yüksək səviyyədə çirklənmiş 412 km ərazidə çəpərlənmə işləri həyata keçirilib.
İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsində minatəmizləmə fəaliyyətinin mühüm rol oynadığını bildirib. O, torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin əhalinin təhlükəsizliyinin təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, eləcə də infrastruktur və iqtisadi layihələrin səmərəli icrası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda, həmçinin mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına riayət edilməsinin vacibliyi vurğulanıb, çəpərlənmiş ərazilərə müdaxilə hallarının potensial riskləri və mənfi təsirləri və onların qarşısının alınması yolları müzakirə olunub.














.jpeg)
.jpeg)
























 (1).jpeg)






.png)
