Fransanın Baş naziri Sebastyan Lekornu ölkədəki iğtişaşlar fonunda bu gün axşam saatlarında Fransa xüsusi xidmət nümayəndələri ilə müşavirə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

"Bu gün axşam saat 18:00-da (Bakı vaxtı ilə 21:00) Sebastyan Lekornu xüsusi xidmət orqanlarının, xüsusən də Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI), Milli Ərazi Kəşfiyyat İdarəsinin, eləcə də Paris Polis Prefekturası yanında Kəşfiyyat İdarəsinin iştirakı ilə müşavirə keçirəcək", - kanal bildirib.

Ölkədə miqyaslı qarət və iğtişaşlar fonunda çağırılan müşavirədə, həmçinin Fransanın daxili işlər naziri Loran Nunyes də iştirak edəcək.

Xatırladaq ki, Fransada etirazlar sentyabrın ortalarında – Parisin ətraf rayonlarında məktəblərin vəziyyətinin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdlərinin küçələrə çıxması ilə başlayıb. Daha sonra ölkədə qiymətlərin artımından narazı olanlar da onlara qoşulub və aksiyalar digər regionlara da yayılıb.

Onu da deyək ki, Fransanın daxili işlər naziri Loran Nunyes iğtişaşlar fonunda istefa ərizəsini Emmanuel Makrona təqdim edib, Fransa Prezidenti isə onun istefa ərizəsini rədd edib.

Ağarza Elçinoğlu