"Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın “Barselona” klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.