Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

"Unikal"  xəbər verir ki,  günün yeganə matçında NTD ilə qarşılaşan son çempion "Sabah" qələbə qazanıb - 100:75.

Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.