Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin fitosanitar müfəttişləri İmişli rayonunun Aranlı, Məmmədli və Bəcirəvan, Sabirabad rayonunun Əhmədabad, Xəlfəli və Şəhriyar, Beyləqan rayonunun Kəbirli, Təzəkənd, Şahsevən və Bolsulu kəndlərində yerləşən pambıq əkini sahələrində monitorinqlər keçirib.

"Unikal" xəbər verir ki, monitorinqlər zamanı pambıq sahələrində zərərli orqanizmlərə və karantin tətbiq edilən alaq otlarına qarşı aparılan kimyəvi mübarizə tədbirlərinin vəziyyətinə baxış keçirilib.

Tədbirlər çərçivəsində bitki mühafizə vasitələrinin təhlükəsiz və düzgün tətbiqi, aqrokimyəvi maddələrdən istifadə zamanı müəyyən edilmiş tələblər və aqrotexniki qaydalar ətraflı izah edilib. Bitki sağlamlığının qorunması və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili ilə bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.