"Böyük millətlərin imtahanı da böyük olar".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında təşkil edilən "Muhtarlar Günü Görüşü" proqramında çıxış edərkən deyib.
O, gündəmdəki mühüm məsələlərlə bağlı vacib bəyanatlar verib:
"Regionumuzda şiddəti artan böhran fırtınası yaşanır. Şimalımızdakı Rusiya-Ukrayna müharibəsi bir neçə aydan sonra 5-ci ilini tamamlayacaq. İsrailin Fələstinə hücumları imzalanan sazişlərə baxmayaraq səngimədən davam edir. İrandakı gərginlik bitmədən Yaməndə yeni münaqişə alovlandı. Husilərin dost və qardaş Səudiyyə Ərəbistanını hədəf alan hücumları gərginliyi artırdı. Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda ümrə ziyarətində olan qardaşlarımız da daxil olmaqla çox sayda müsəlman həyatını itirdi, yüzlərlə insan yaralandı.
Livan, Suriya və digər bölgələrdə də vəziyyət mürəkkəbdir. Ətrafımız alov çənbəridir. Biz bu xaos və böhran mühitində Türkiyənin bir tükünə də xələl gəlməməsi üçün gecə-gündüz çalışırıq və indiyədək ölkəmizi münaqişələrdən uzaq tutmağı bacarmışıq".
Çıxışının sonunda Ərdoğan xalqı diqqətli olmağa çağırıb: "Unutmayın, böyük millətlərin imtahanı da böyük olar. Türk milləti olaraq bizim də tarix boyu mübarizəmiz, zəfərlərimiz kimi imtahanlarımız da həqiqətən çox böyük oldu. Bu gün də böyük bir mübarizənin tam ortasındayıq. Bölgəmizi tikə-tikə etmək istəyənlərin çarxına çomaq soxduqca bizi rahat buraxmayacaqlar. Gah FETÖ kimi daxildəki agentləri ilə, gah xaricdəki lobbiləri, iqtisadi tətikçiləri, sosial mediadakı aparatları ilə üstümüzə gələcəklər. Allahın izni ilə onlara bu fürsəti verməyəcəyik. Dünyanı istismar edərək bölgəmizi qan dəryasına çevirmək istəyənlərə boyun əyməyəcəyik".
Ağarza Elçinoğlu












.jpeg)
.jpeg)
























 (1).jpeg)






.png)


