Konqo Demokratik Respublikasında (KDR) may ayından bəri təsdiqlənmiş Ebola ölümlərinin sayı 4500-ü keçib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata görə, ölkədə ümumilikdə 9400-dən çox insana Ebola diaqnozu qoyulub.

Qeyd olunur ki, xəstəliyin episentri ümumi yoluxma hallarının 73,2%-ni təşkil edən İturi əyaləti olaraq qalır.