Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfərin məqsədi Tehran və Moskva arasında davam edən məsləhətləşmələr çərçivəsində ikitərəfli razılaşmaların icrasını nəzərdən keçirmək, eləcə də regional və beynəlxalq prosesləri müzakirə etməkdir.