Parisdəki iğtişaşlardan sonra həm uşaqlar, həm də böyüklər üçün komendant saatı tətbiq edilib.

"Unikal" xəbər verir ki, saat 23:00-dan 06:00-dək Respublika Meydanına və Les Halles rayonundakı bir neçə küçəyə giriş qadağan ediləcək.

Nitsanın mərkəzində komendant saatı daha tez, saat 21:00-da başlayacaq. Qadağa yalnız yeniyetmələrə şamil edilir.