1-ci Liqa təmsilçisi "Zaqatala" mövsümün qalan hissəsinə hazırlığını davam etdirir.
Komandanın baş məşqçisi Rüstəm Məmmədov "Unikal"a açıqlamasında bir neçə yoxlama oyunu keçirməyı planlaşdırdıqlarını bildirib:
"Yanvarın 17-də Region Liqasında çıxış edən "Qax"la qarşılaşmaq niyyətindəyik. Güclü qar proqnozu matçın baş tutmaına mane ola bilər, amma ümid edirik ki, meydanın durumu matça çıxmağa imkan verəcək. 27-si və ya 28-i isə "Mingəçevir"lə qarşılaşacağıq. 22-də və ya 23-də daha bir yoxlama görüşü razılaşdıra bilsək, çox yaxşı olar. Komandadan ayrılanlar, eləcə də potensial yeni futbolçularla bağlı hər hansı yenilik yoxdur. Düzdür, müəyyən planlar var, ancaq hələ bu yöndə nəsə dəqiqləşməyib".
Xatırladaq ki, "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 17 xalla 5-ci pillədə qərarlaşıb.
