Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bundan əvvəl də bir neçə məşhur sima narkotik istifadəçisi olma ehtimalı ilə saxlanılıb və qanlarından analiz götürülüb. Onların əksəriyyətinin test cavabları müsbət çıxıb. 

 

XXX

12:34

Aktyor Oqtay Kaynarca Türkiyədə tanınmış şəxslərə qarşı aparılan "Narkotik işi" çərçivəsində saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. 

Qeyd olunur ki, Kaynarca ilə yanaşı, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya kimi tanınmışlar nəzarətə götürülüb. 

Oqtay Kaynarca bir çox məşhur ekran işlərində rol alıb. O, daha çox "Kurtlar Vadisi" serialındakı "Süleyman Çakır" obrazı ilə məşhurlaşıb. 

Gülayə Mecid