ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İrandakı ümumxalq etirazlarını müzakirə etmək üçün Rza Pəhləvi ilə gizli görüş keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bu, 15 gün əvvəl etirazlar başlayandan bəri İran müxalifəti ilə Donald Tramp administrasiyası arasında ilk yüksək səviyyəli görüş olub. Qeyd edilib ki, Pəhləvi mövcud rejimin süqutu halında özünü "keçid" lideri kimi təqdim etməyə çalışır.
Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə bildirib ki, Ağ Evin milli təhlükəsizlik qrupu çərşənbə axşamı səhər etirazlara mümkün cavabları müzakirə etmək üçün iclas keçirib. Tramp iclasda iştirak etməyib.
