Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

"Unikal" xəbər verir ki, sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.

Doğma yurduna qayıtmasından sonsuz qürur duyduğunu bildirən Kəmalə Dadaşova Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Kəmalə Dadaşovanı yeni evinə köçməsi münasibətilə bir daha təbrik etdi.