İyunun 11-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə və təşkilat rəhbərləri, partiya veteranları, şəhid ailələri, yeni üzvlər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni xaos və anarxiyadan xilas edərək inkişaf yoluna çıxarıb. O, Ulu Öndərin dövlət quruculuğundakı xidmətlərindən, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında 15 İyunun Azərbaycanın taleyində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, Heydər Əliyevin xilaskarlıq missiyasının ölkədə sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə və inkişafın təmin olunmasına xidmət etdiyini qeyd edib. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm nailiyyətlər qazandığını, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu bildirib.
Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Gülnar Qəhrəmanova, şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, partiya veteranı Ramil Qurbanov, partiya fəalı Fəridə Xudiyeva və gənc partiya fəalı Nicat Göşşüyev çıxış edərək Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar.
Daha sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yubiley yaşı tamam olan partiya veteranları YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, yeni üzvlərə partiya vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

































.jpeg)





.jpg)













