Sabah Biləsuvarın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
"Unikal" xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.
"Lənkəran Regional Qaz İstismar İdarəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə verilən məlumata əsasən, yeraltı polietilen qaz xəttində kipliyə sınaq işlərinin aparılması ilə əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çınarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbarı kəndlərində ümumilikdə 5 300 abonentə təbii qazın verilişi 12.06.2026-cı il tarixdə saat 10:00-dan başlayaraq işlər başa çatanadək dayandırılacaq.
Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla təhlükəsizlik tədbirlərinə riayət etsinlər", - məlumatda qeyd edilir





















.jpeg)





.jpg)























