"Kurtuluş Orhan" serialına yeni aktyor daxil olacaq.

"Unikal" xəbər verir ki, ekran işində Mustafa Üstündağ rol alacaq. O, layihədə "Orhan bəy"in rəqibi "Demirhan xan" obrazını canlandıracaq.

Qeyd edək ki, serialda "Orhan bəy"i Mərt Yazıcıoğlu canlandırır.