Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal”ın məlumatına görə, qəza Bakı–Qazax avtomagistralının Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili TIR markalı yük maşınına arxadan çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü K. Salmanov hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov