ABŞ prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə və hökumət binalarını ələ keçirməyə çağırıb.
"Unikal" xəbər verir ki, o, İran vətəndaşlarına kömək göndərdiyini bildirib.
"İranlı vətənpərvərlər, etirazları davam etdirin və dövlət binalarını işğal edin! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Etirazçıların mənasız qətli dayanana qədər, İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim" - Tramp "Truth" sosial media hesabında yazıb.
"Kömək yoldadır”, - deyə o əlavə edib.
