Cəlilabad rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
