Plastik qablardan gündəlik həyatımızda geniş istifadə edirik. Lakin onların yanlış şəraitdə və uzunmüddətli işlədilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər.
"Unikal" xəbər verir ki, xüsusilə plastik qabların təkrar istifadəsi zamanı onların tərkibində olan kimyəvi maddələr qidaya keçir. Proses gözlə görünməsə də, orqanizmə təsiri zamanla özünü göstərir.
Mikrodalğalı sobada plastik qabların istifadəsi zamanı materialın tərkibi dəyişir və zərərli birləşmələr qidaya qarışır. Bu isə həm qida təhlükəsizliyini azaldır, həm də hormonal balansın pozulması, immun sistemin zəifləməsi və digər sağlamlıq risklərinə səbəb olur.
Buna görə də plastik qabların istifadəsində diqqətli olmaq vacibdir. Onların xüsusilə istiliklə təmasda və təkrar istifadə zamanı yaratdığı təhlükə nəzərə alınmalıdır.
Düzgün seçim ilə daha təhlükəsiz qida istehlak edə, kimyəvi təsirləri azalda, sağlamlığımızı qoruya bilərik.
