Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov Antalyada təlim-məşq toplanışında olan “Motor” (Polşa) klubunun futbolçusu Renat Dadaşovla görüşüblər.
"Unikal" xəbər verir ki, bu barədə millimizin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Ayxan Abbasov və İlqar Qurbanov görüş zamanı R.Dadaşovun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.
