ABŞ prezidenti Donald Tramp İranla bağlı açıqlamalar verib. 

"Unikal" xəbər verir ki, Tramp İrana çağırışında "kömək yoldadır" sözləri ilə bağlı bunları deyib: 

Müxbir: İranda neçə etirazçı öldürülüb?

Tramp: Heç kim mənə dəqiq rəqəm deyə bilməz. Bu çoxdur. Bir nəfər ölübsə, o da çoxdur. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Düşünürəm ki, bu çoxdur.

Müxbir: Bu səhər İrana kömək gələcəyini dediniz. Nəyi nəzərdə tuturduz?

Tramp: Bağışlayın, amma bunu özünüz anlamalı olacaqsınız.