Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Bulvar küçəsində qeydə alınıb.
Belə ki, "Toyota Prius" və "KİA Optima" markalı avtomobillər toqquşub.
Nəticədə "Prius" yanıb. Hadisə yerinə polis və FHN əməkdaşları gəlib, yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Anar Kəlbiyev
