Gəncədə bitişik 3 evdə başlayan yanğın söndürülüb.
"Unikal"ın məlumatına görə, yanğın zamanı 110 kv metr olan ev tam, 2-ci evin 40 kv metr dam örtüyü və 3-cü evin isə 35 kv metr dam örtüyü yanıb. Yağın tam söndürülüb.
Xatırladaq ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Hissəsinin idarəsinin 6 yağın söndürən avtomobilləri və 35 yaxın canlı qüvvəsi cəlb edilib. Ümumilikdə 3 evin 180 kv metr yaxın ərazisi yanıb.
***08:49
Gəncədə yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivi adlanan ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən bir-birinə bitişik evlərdə yanğın başlayıb. Əraziyə FHN yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində iki ev yanıb. Alovun qarşısının alınması istiqamətində yanğınsöndürənlər tərəfindən işlər aparılır.
Tural Əhmədov
