Gəncədə 40 yaşlı kişi tüstüdən zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağban yaşayış massivi ərazisində baş verib.1986-cı il təvəllüdlü S.Quliyev zəhərlənmə diaqnozu ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, zəhərlənən 40 yaşlı kişi yaşadığı evin hamamında kustar üsulla quraşdırılan odun sobasının tüstüsündən zəhərlənib.
Fakt araşdırılır.
Tural Əhmədov
