Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

*** 21:33

Ağdamda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, qəza zamanı "VAZ"2107 markalı avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişini Kərimov Surxay ölüb.

"Opel" sürücüsü Süleymanov Yunis Səfərli Fuad, Səfərli Elmir, Məmmədova Alimə müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

 

***20:43

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

"Unikal" xəbər verir ki, qəza rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.