Türkiyə millisi DÇ-2026-dan öncə iki yoldaşlıq oyunu keçirəcək.

"Unikal"  xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Vinçentso Montellanın komandası iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə, iyunun 6-da isə ABŞ-da Venesuela ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə millisi 24 il sonra ilk dəfə mundialda yarışacaq. Sözügedən yığma DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.