Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, şöbə rəisi Vüqar Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. V.Hüseynov bu gün kollektivlə sağollaşıb.
Nazirin digər əmrinə əsasən, Ramin Qurban Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
