Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.
*** 18:14
Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Unikal" xəbər verir ki, bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.
Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir.
