Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının yarımfinal mərhələsində "Kristal Pelas"la keçirilən ilk oyundan sonra fikirlərini bölüşüb.

"Unikal" xəbər verir ki, türkiyəli mütəxəssis UEFA-ya açıqlamasında 1:3 hesablı məğlubiyyətə baxmayaraq, komandasının oyunundan müəyyən məqamlarda razı qaldığını deyib:

“Nəticə məyusedicidir, amma oyunda elə anlar oldu ki, futbolçularımdan razı qaldım. Şanslarımız var idi. Unutmayaq ki, güclü hücum xətti və yaxşı məşqçisi olan komandaya qarşı oynayırdıq. Mənim lüğətimdə təslim olmaq sözü yoxdur. Cavab oyununda əlimizdən gələni edəcəyik. Görək nə olacaq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 7-də Londondakı "Selherst Park" stadionunda keçiriləcək.