Pentaqonun hesablamalarına zidd olaraq, ABŞ İrana qarşı hücumlara təxminən 100 milyard dollar xərcləyib.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi X səhifəsində yazıb.
Onun sözlərinə görə, bunun Amerika xalqına dolayı xərcləri daha da böyük olub: "Pentaqon yalan danışır. Netanyahunun macərası artıq Amerikaya elan edilən məbləğdən dörd dəfə çox, 100 milyard dollara başa gəlib. ABŞ vergi ödəyiciləri üçün dolayı xərclər daha yüksəkdir. Hər bir Amerika ailəsi üçün aylıq ödəniş 500 dollardır və sürətlə artır".
Nazir yekun olaraq bildirib ki, "İsrail birinci" yanaşması "Amerika sonuncu" deməkdir.
Ağarza Elçinoğlu
