Slovakiyanın baş naziri Robert Fitso mayın 1-nə keçən gecə mağaza və xəstəxanalara çörək çatdıran yükdaşıyan kimi növbədə işləyib.
"Unikal" xəbər verir ki, müvafiq video onun "Facebook" səhifəsində paylaşılıb.
"Gecə növbəsindən sizi salamlayıram. Hazırda biz Nova Dubnitsadayıq və buraya təzə çörək və bişmiş məhsullardan ibarət partiyanı çatdırmışıq", - deyə Fitso bildirib.
Slovakiyanın baş naziri ərzaq daşıyan avtomobili yükləyib-boşaldıb və çörəyi mağazalara çatdıran prosesdə iştirak edib.
