Niderland hüquq-mühafizə orqanları vəliəhd şahzadə Katarina-Amaliya və onun bacısı şahzadə Aleksiyaya sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluq şübhəlinin 33 yaşlı Haaqa sakini olduğunu bildirib.
Şübhəlinin üzərində aparılan axtarış zamanı şahzadələrin adları və faşist salamlarının həkk olunduğu iki balta, eləcə də monarxın qızlarından bəhs edən və "qanlı qırğın" törətmək niyyəti olan qeydlər olan bir kağız parçası tapılıb.
O, mayın 4-də hakim qarşısına çıxacaq.
