Goranboyda qəzada ölən və xəsarət alanlardan birinin adı məlum olub. 

"Unikal" xəbər verir ki, ölən şəxs 2003-cü il təvəllüdlü İlkin Cəfərov, xəsarət alan isə 2006-cı il təvəllüdlü Cavad Əliyevdir.

***00:23

Goranboyda ağır qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb .Belə ki hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov