ABŞ ordusunun "Discombobulator" adlanan gizli silahı Venesuela lideri Nikolas Maduronun qaçırılması zamanı Venesuela hərbi texnikasını tamamilə sıradan çıxarıb.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin "YouTube" kanalına danışıb. 

"Bizim ordumuz misilsizdir. Bilirsiniz, biz Venesuelaya hücum edəndə onların texnikası heç nə işləmədi. Yaxşı avadanlıq idi, amma "parçalanmışdı". Bunun nə demək olduğunu bilirsinizmi? Düymələri basırlar, amma heç nə işləmir. Onlar nə baş verdiyini anlamadılar və yuxarıdan gələn qəribə vızıltı səsini eşitdilər", - deyə o bildirib. 

O, həmçinin ABŞ ordusunun əla olduğunu düşündüyünü bildirib.