Cəlilabad rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
​Hadisə zamanı xəsarət alanlar - 
​1998-ci il təvəllüdlü Sərraf Qurbanov
​1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli
​1996-cı il təvəllüdlü Coşqun Rzazadə
​1997-ci il təvəllüdlü Tural Rzayev
​1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev