UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Unikal" xəbər verir ki, "Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandasını 1:0 hesabı ilə üstələyib.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinə 3:1 hesabı ilə uduzub.

Cavab matçları mayın 7-də keçiriləcək.