Təəssüf ki, Qarabağ 30 il ərzində münaqişə ilə assosiasiya olunurdu, lakin Azərbaycan regionda sülhə can atır.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus qarşısında çıxış edərkən bildirib.