Gömrük ödənişlərinin qaytarılması barədə müraciətin müddəti artırılır.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən üç il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 

Mövcud qanunvericilikdə həmin müddət bir ildir.

Həmçinin əlavə edək ki, 267.1 maddədə göstərilən hallar aşağıdakıladır:

- mallar qüsurlu olduqda;

- gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev