"Orta məktəblərdə hərbi və fiziki hazırlıq dərslərinə az vaxt ayrılır. Bəzi məktəblərdə həftədə cəmi bir saat bədən tərbiyəsi və bir saat hərbi hazırlıq dərsi keçirilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novrzuvo deyib.

"Keçmişdə poliqonlar, təlim məntəqələri var idi və şagirdlər hələ məktəb dövründə silahdan istifadə, atıcılıq və digər ilkin hərbi bacarıqlara yiyələnirdilər. Eyni zamanda fiziki hazırlıq üzrə normativlər vardı və bunları tam şəkildə yerinə yetirməli idi. Hesab edirəm ki, bunu tətbiq etmək lazımdır. Orduya gedən hər bir gəncimiz ora çatanda hazırlıq vəziyyətində olsun. Nəinki 6 ay ərzində təlimlərin keçirilməsinə vaxt sərf olunsun", - deyə deputat bildirib.

Anar Kəlbiyev